Hava buludlu və yağmursuz olacaq

Hava buludlu və yağmursuz olacaq
  27 Sentyabr 2013    Oxunub:1049
Mülayim cənub-qərb, qərb küləyi gündüz arabir güclənəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb, qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 26-dan 29-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü xəzri və gilavar küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.


Teqlər:  





Xəbər lenti