Yeni peyvənd icad olundu

Yeni peyvənd icad olundu
  27 Sentyabr 2013    Oxunub:1202
Bir peyvəndlə bütün qrip növlərindən qorunmaq mümkün olacaq
London İmperial Kolleci alimlərinin hazırlayacağı vaksin sayəsində bir peyvəndlə bütün qrip növlərindən qorunmaq mümkün olacaq.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeni vaksin hər il qripdən peyvənd olmaq ehtiyacını aradan qaldıracaq. Qrip virusunun daim dəyişərək əmələ gəldiyini deyən elm adamlarının sözlərinə görə, yeni vaksin insanları bütün mövsümi qrip növlərindən qoruyacaq.

Müəyyən edilib ki, xəstələyin əvvəlində və ya qrip əlamətləri aşkar edilməmişdən öncə qandakı CD8 T hüceyrələri daha çox olur, xəstəliyin sonrakı mərhələlərində isə bu hüceyrələr azalır. Buna müvafiq olaraq, daha çox CD8 T hüceyrəsi yaratmaq üçün bədənin immunitet sistemini hərəkətə gətirmək lazımdır.

Bunu əldə rəhbər tutan tədqiqatçılar bildirirlər ki, yeni vaksin sayəsində insanların qripə yoluxmasının qarşısı alınacaq.



Teqlər:  





Xəbər lenti