Sabah yağmursuz hava olacaq

Sabah yağmursuz hava  olacaq
  26 Sentyabr 2013    Oxunub:1035
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb, qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 15-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 26-dan 29-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü xəzri və gilavar küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

AzVision.az



Teqlər:  





Xəbər lenti