“Kəpəz” 8 futbolçusu ilə yollarını ayırdı

“Kəpəz” 8 futbolçusu ilə yollarını ayırdı
  03 Yanvar 2018    Oxunub:1872
“Kəpəz”in əsas komandasının səkkiz üzvü ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandadan gedən futbolçuların hamısı yerli oyunçu statusunda çıxış edənlər olub. Belə ki, qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb.

Sonuncu öz istəyi ilə komandanı tərk edib.

AzVision.az


Teqlər: Kəpəz  





Xəbər lenti