Enerjimiz artıb

Enerjimiz artıb
  26 Sentyabr 2013    Oxunub:1369
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində fəaliyyət göstərən müəssisələr tərəfindən cari ilin səkkiz ayında 1163,9 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 0,3 faizlik artım əldə olunub. Ölkədə 13,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun 7,8 faizi su elektrik stansiyalarının, 92,2 faizi istilik elektrik stansiyalarının payına düşüb.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin istehsalı 9,4 faiz artıb.


Teqlər:





Xəbər lenti