Cinayətkar dəstə yaxalandı

Cinayətkar dəstə yaxalandı
  26 Sentyabr 2013    Oxunub:1081
Qadına qarşı quldurluq etmiş dəstənin üzvləri polis tərəfindən yaxalanıb
Qaradağ rayonunda naməlum şəxslər Şəlalə Hənifəyevaya qarşı zor tətbiq edib onun pulunu, qızıl sırğasını və sənədini alıb.
Hadisəni törətmiş Ələt qəsəbəsinin sakinləri Əkrəm Qayibov, Elmin Məmmədov, Cavid Mehdizadə, Məhəmməd Şükürlü və Ceyhun Məmmədli rayon polis idarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Daha bir oğurluq faktı isə Bakıda baş verib. Binəqədi rayon sakini Gülşən Zeynalovanın evindən isə zinət əşyaları oğurlanıb. Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Novruz Məcidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.



Teqlər:





Xəbər lenti