12 idmançının bioloji pasportu yaradılıb - Şəfəq Hüseynli
Milli proqramdan kənar beynəlxalq federasiyalar tərəfindən müraciətlər olur və onların müraciətləri əsasında AMADA test keçirir. 2017-ci ildə ümumi 207 test sifariş edilib, bunlardan 167-si yarış müddətində, 40-ı yarışdan kənar təşkil edilib. 6 futbol oyunu zamanı 27 test, eyni zamanda, oyundan kənar 21 test keçirilib. Bütün bu testlərin keçirilməsi üçün 93 missiya tələb olunub. Bu missiyalar 471 test, 334 idmançı, 22 idman növü və 3 paralimpiya idman növünü əhatə edib.
Ş.Hüseynli antidopinq qayda pozuntularını açıqlayıb. Bildirib ki, 2017-ci ildə həndbol idmanı üzrə 2, atletika 2, velosiped 3, bodibildinq 3 və ağır atletika üzrə 1 dopinq testi müsbət çıxıb.
“Müsbət nəticədən başqa, yoxlamalar zamanı şübhəli nəticə sayılan atipik nəticə də olur. Bodibildinq idman növündə 1 hala rast gəlinib. Antidopinq qaydalarına əsasən, yalnız müsbət nəticə pozuntu deyil. İl ərzində qadağan edilmiş maddənin istifadəsi halları 1 dəfə, dopinq nəzarətindən imtina 2 dəfə, hətta könüllü şəkildə etiraf 1 dəfə və məkan məlumatı pozuntusu halları 8 dəfə baş verib. Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. 9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyantlar və 1-də narkotiklər aşkarlanıb. Bir idmançıda 7 müxtəlif steroid aşkarlanıb.
Ş.Hüseynli, həmçinin, respublika idman federasiyalarına müraciətində bildirib: “Bütün respublika idman federasiyaları, klublar və digər idman subyektləri diqqətli olmalıdırlar. Respublika idman federasiyaları tərəfindən AMADA-ya yarışma, idmançıların siyahıları və digər antidopinq sahəsinə aid məlumatları dəqiq şəkildə göndərilməlidir ki, gələcəkdə idmançı və yaxud digər şəxslər antidopinq qayda pozuntuları ilə üzləşməsinlər. Həmçinin, qeydiyyata alınmış idmançılar və ya idmançıların məkan məlumatı ilə məşğul olan federasiya əməkdaşı, bu məlumatları sistemə vaxtında və düzgün yerləşdirməlidir. Üç dəfə bu məlumatların vaxtında yerləşdirilməməsi və ya buraxılmış test bir ildən iki ilədək diskvalifikasiyaya gətirib çıxara bilər. Hər bir idmançı, özü diqqətli olmalıdır, qəbul etdiyi dərmanları, qida əlavələrini və digər preparatları qəbul etməmişdən öncə yoxlamalıdır.”
Aytən Zəhra
AzVision.az
Teqlər: Şəfəq-Hüseynli Dopinq