Azərbaycanda futbolla bağlı yeni dövlət proqramı hazırlanıb

Azərbaycanda futbolla bağlı yeni dövlət proqramı hazırlanıb
  25 Dekabr 2017    Oxunub:1910
“Bütün Olimpiya İdman Kompleksləri və Gənclər Mərkəzləri təəsərüfat hesablıdır. Onların hamısına Gənclər və İdman Nazirliyi tərəfindən maddi kömək göstərilir”.
AzVision.az xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, “Qarabağ” futbol klubunun bütün oyunları xalqı sevindirir: “Klubun oyunları göstərdi ki, burada məşqçinin rolu böyükdür. Baxmayaraq ki, “Qarabağ” futbol klubunun büdcəsi digər klublarla müqayisədə xeyli aşağıdır, amma kifayət qədər peşəkar oyun göstərdilər və inanırıq ki, yeni qələbələr gətirəcəklər”.

Nazir futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlandığını söyləyib: “Bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Azad-Rəhimov   Qarabağ  





Xəbər lenti