“Fazil Məmmədovun vəzifədən getməsi işə təsir etməyəcək” - Nazir

“Fazil Məmmədovun vəzifədən getməsi işə təsir etməyəcək” - Nazir
  25 Dekabr 2017    Oxunub:2722
"Vergilər Naziri Fazil Məmmədovun vəzifəsindən getməsi Azərbaycan Güləş Federasiyasının və Azərbaycan Velosiped İdmanı Federasiyasının işinə mənfi təsir göstərməyəcək".

AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib: “Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqləndirmirik. Cənab prezidentin idman siyasəti uğurla davam etdiriləcək. Gələn il Bakıda planlaşdırılan velospid üzrə BMX yarışı vaxtında və yüksək səviyyədə təşkil olunacaq. Heç bir çətinlik yoxdur”.

"2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının iştirakçılarının yerləşdirilməsi üçün Atletlər Kəndində 6 ədəd bina saxlanılıb" - deyən nazir vurğulayıb ki, orada idmançıların qalması üçün hər cür şərat yaradılıb.

A. Rəhimov əlavə edib ki, 2018-ci ildə Azərbaycanda bir sıra beynəlxalq idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti