Milyonlarla insanın izlədiyi yarış - Niyə məhz Bakı? (FOTOLAR)
Buna baxmayaraq, Azərbaycan Qran-Prisinin təşkilatçıları yarışın məhz Azərbaycan paytaxtının mərkəzi küçələrində keçirilməsini istəyiblər. Bunun bir neçə səbəbləri var:
Birincisi, ölkə rəhbərliyi Bakını dünyanın ən tanınmış turistik məkanlarında birinə çevirmək istəyir. İkincisi, Bakıda xeyli sayda mədəni-əyləncəli obyektlər və otellər var. Üçüncüsü isə sabiq "Formula -1" rəhbəri Berni Ekklstoun məhz şəhər yarışlarının keçirilməsinin tərəfdarı idi.
Bakı halqası necə görünür?
Yarış təşkilatçıları Bakı trasını elə qurublar ki, yarış iştirakçıları paytaxtın ən gözəl ərazilərindən keçirlər.
Yarış 1500 metr uzunluqda olan Hökumət evi və Xəzər dənizi yaxınlığında yerləşən Neftçilər prospektində başlayır. Yaxınlıqda həmçinin bokslar və tribunlar qurulur.
Bir neçə 90 dərəcəlik döngələr və bir kilometrlik düz yarış xəttindən sonra Sahil bağını ötən bolidlər Neftçilər prospektində əks istiqamətdə hərəkət etməyə başlayırlar.
Sonra tras şəhərin qədim hissəsindən keçir. İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edən pilotlar ümumi eni 7,5 metr olan ərazidən keçəcəklər.
Trasın bu hissəsi pilotlar və komandalar tərəfindən böyük maraqla qarşılanır.
12-ci döngədən etibarən bolidlər yenidən sürət yığaraq Elmlər Akademiyası və filarmoniyanın yanından keçərək yenidən Neftçilər prospektinə qayıdacaqlar. Pilotların görəcəyi son yadda qalan abidə isə 19-cu döngə ətrafında olan Qız qalası olacaq.
Eldar Tanrıverdiyev
AzVision.az