AFFA iki klubu cərimələyib

AFFA iki klubu cərimələyib
  20 Dekabr 2017    Oxunub:1369
AFFA İntizam Komitəsi "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb.
AzVision.az-ın məlumatına görə, “Neftçi” – “Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

90+4-cü dəqiqədə isə “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Nəticədə o, 4 oyunluq cəzaya, klubu 3200 manat cəriməyə məruz qalıb.

Bundan başqa "Qarabağ"la ev oyununun 90-cı dəqiqəsində "Sumqayıt” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu addım kluba 800 manat cərimə bahasına başa gəlib.

AzVision.az


Teqlər: cərimə   AFFA  





Xəbər lenti