“2017-ci il mənim üçün uğurlu oldu” - İlham Zəkiyev

“2017-ci il mənim üçün uğurlu oldu” - İlham Zəkiyev
  19 Dekabr 2017    Oxunub:1959
"Ötən gün cənab prezident idman ictimaiyyəti ilə keçirdiyi görüşdə il ərzində qazandığımız nəticələri qeyd etdi. 2017-ci il xüsusi ilə onunla yadda qaldı ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. Burada 162 medal qazanan idmançılarımız oyunlarda birinci oldular".
Bunu AzVision.az-a açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev deyib.

İdmançı bildirib ki, 2017-ci il onun kariyerasında uğurlu il olub: "İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandım. Həmçinin İngiltərədə keçirilən Avropa çempionatında qızıl medala sahib oldum. Bununla yeddinci dəfə Avropa çempionu oldum. Ümumilikdə, 2017-ci il uğurlu oldu. Növbəti ildən lisenziya yarışlarımız başlayır. Qarşıda Dünya çempionatı var və ora hazırlaşırıq. Çalışacağıq ki, 2018-ci ildə də ölkəmizi Tokioda keçiriləcək Olimpiya Oyunlarında geniş heyətlə və layiqincə təmsil edək".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: İlham-Zəkiyev   Çempion  





Xəbər lenti