Hidayət Heydərov Rusiyada bürünc medal qazandı

Hidayət Heydərov Rusiyada bürünc medal qazandı
  17 Dekabr 2017    Oxunub:2382
Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” turnirinə start verilib.
Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb. 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.

Ümumilikdə 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycan millisi yeddi cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: Cüdo   Hidayət-Orucov  





Xəbər lenti