DTX-nın əməkdaşı dünya çempionu olub - FOTOLAR

DTX-nın əməkdaşı dünya çempionu olub - FOTOLAR
  11 Dekabr 2017    Oxunub:2811
Azərbaycanda idmanın hərtərəfli inkişafı dövlət siyasətinin prioritetlərindən biridir. Ümummilli lider Heydər Əliyev daim idmana böyük önəm verirdi. Dahi rəhbər deyirdi ki, idman ölkəni dünyaya tanıtmağın ən təsirli vasitəsidir və bu mənada onun yerini heç nə verə bilməz.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə inkişaf edən və qüdrətlənən ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğı sayəsində Azərbaycanın idman şöhrəti dünyanın hər tərəfinə yayılmışdır. Respublikanın idman uğurlarının əldə edilməsinə Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan öz idmançılarının uğurları ilə fəxr edir. Əlbəttə ki, bütün bu uğurların təməlində Vətən sevgisi durur və idman qələbələrinə də aparan başlıca amil budur. Hər dəfə şahidi oluruq ki, bu uğurların əldə edilməsində Azərbaycan vətəndaşı, xalqı və cəmiyyəti birdir, həmrəydir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də digər dövlət orqanları ilə yanaşı, bu işlərə öz əməli töhfələrini verməkdədir. Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində DTX-nin maddi-texniki və təlim-tədris bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər, əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının artırılmasına da xüsusi diqqət yetirilir. DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şərait yaradılmışdır. DTX-nin əməkdaşları idmanın müxtəlif növləri üzrə Dünya, Avropa çempionatları və digər mötəbər beynəlxalq əhəmiyyətli turnir və yarışlarda uğurlar əldə edərək Azərbaycanın bayrağını yüksəklərə qaldırırlar.

DTX-nin İctimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, növbəti belə qələbələrdən biri də bu il 8-10 dekabrda İtaliyanın Florensiya şəhərində keçirilmiş və 35 ölkənin təcrübəli idmançısının təmsil olunduğu dünya birinciliyi uğrunda “K-1 Full contact” döyüş növü üzrə nüfuzlu beynəlxalq yarışda qazanılıb.

DTX-nin əməkdaşı Ziya Bayramov çətin yarışlarda məharətlə rəqiblərini məğlub edərək “K-1 Full contact” döyüş növü üzrə dünya çempionu adına layiq görülüb.

İnanırıq ki, bu gün hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan Azərbaycanın bütün idmançıları, o cümlədən DTX-nin əməkdaşları olan idmançılarımız bundan sonra da yüksək nəticələr əldə edərək ölkəmizin idman nüfuzunun artmasına öz layiqli töhfələrini verəcəklər.


AzVision.az


Teqlər: DTX  





Xəbər lenti