Samir Abasov “Atletiko”nun düşərgəsində

Samir Abasov “Atletiko”nun düşərgəsində
  11 Dekabr 2017    Oxunub:1894
"Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədilə İspaniyaya yollanıb.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, çalışdırıcı AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini 10-17 dekabr tarixləri arasında Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək.

1 həftə davam edəcək olan təcrübə proqramında Samir Abasov “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə görüşəcək və komandanın hazırlıq prosesini izləyəcək.

AzVision.az


Teqlər: Samir-Abasov   Sumqayıt   Məşqçi  





Xəbər lenti