“Qarabağ” “Roma”ya məğlub oldu - Yenilənib

“Qarabağ” “Roma”ya məğlub oldu - Yenilənib
  06 Dekabr 2017    Oxunub:4175
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda Ağdamın “Qarabağ” komandası İtaliya paytaxtında “Roma” klubu ilə qaşılaşıb.
Oyunun ilk hissəsində hesab açılmayıb. Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri oyunun taleyini həll edən qolu vurublar. Matç "Roma" klubunun minimal hesablı - 1:0 üstünlüyü ilə yekunlaşıb. Bununla Ağdam klubu Çempionlar Liqasında çıxışını dayandırıb.

***

Bu gün Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Roma” – “Qarabağ” oyununun heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar.

“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Qeyd edək ki,“Roma”-“Qarabağ” görüşü Bakı vaxtilə saat 23:45-də başlayacaq. Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

AzVision.az


Teqlər: QarabağFK   UCL   Roma  





Xəbər lenti