"Sabah ciddi mübarizə aparacağıq"- Qurban Qurbanov

"Sabah ciddi mübarizə aparacağıq"- Qurban Qurbanov
  05 Dekabr 2017    Oxunub:1810
"Qrupda son oyunumuzdu. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu"
AzVision.az xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə “Roma” ilə qarşılaşacaq "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

"Sabahkı oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, “Roma”nın şansı bu oyunla bağlı olsun. Futbolçular ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq".

AzVision.az


Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti