“Qarabağ” “Neftçi”ni məğlub etdi

“Qarabağ” “Neftçi”ni məğlub etdi
  02 Dekabr 2017    Oxunub:1807
Azərbaycan Premyer liqasının XIV turunda “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib.
Baş hakim Fariz Yusifovun idarə etdiyi matçın ilk hissəsinin 25-ci dəqiqəsində meydan sahibləri hesabı açıb. Ağdam təmsilçisinin heyətində Maksim Medvedyev fərqlənib. Matçın ilk hissəsi bu hesabla başa çatıb.

Fasilədən sonra oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb.

Bu qələbədən sonra “Qarabağ” aktivinə üç xal əlavə edərək 34 xalla turnir cədvəlindəki liderlik mövqeyini möhkəmləndirib. “Neftçi” klubu isə 16 xalla beşinci pillədədir.

AzVision.az


Teqlər: QarabağFK   Neftçi  





Xəbər lenti