Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq

Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq
  29 Noyabr 2017    Oxunub:1554
1-2 dekabr 2017-ci il tarixdə Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcəklər.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə, Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaqlar.

Yarışda yığma komandanın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.

Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

AzVision.az


Teqlər: Güləş   Rusiya   Kubok  





Xəbər lenti