“Neftçi”dən 5 qolluq qələbə

“Neftçi”dən 5 qolluq qələbə
  28 Noyabr 2017    Oxunub:1446
Futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin növbəti görüşündə “Neftçi” doğma meydanda “Zaqatala” klubunu qəbul edib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matç “Neftçi”nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda dörddəbir finala yüksəlib.

Belə ki, oyunun 8-ci dəqiqəsində Daniel Seqovia hesabı açıb. Görüşün 35-ci dəqiqəsində Daniel Seqovia dubl edib. İlk hissə 2:0 hesabla başa çatıb.

Görüşün 50-ci dəqiqəsində Uqo Barqas 11 metrlik cərimə zərbəsindən qayıdan topu rəqibin qapısından keçirib. Oyunun 54-cü dəqiqədə Daniel Seqovia het-trikə imza atıb. Matçın 59-cu dəqiqəsində isə Emin Mahmudov oyunda sonuncu qolu vurub.

AzVision.az


Teqlər: Neftçi  





Xəbər lenti