Bakı məktəblisi dünyanın ən güclüləri sırasında

Bakı məktəblisi dünyanın ən güclüləri sırasında
  24 Noyabr 2017    Oxunub:2069
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında I yeri tutub.
İdarədən AzVision.az-a verilən məlumata görə, məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb.

R.Cəfərli kubok, medal və diplomla təltif olunub.

Qeyd edək ki, R.Cəfərli karatenin kyokuşin növü üzrə 2016-cı ildə Macarıstanda keçirilən dünya çempionatında III, 2017-ci ildə Türkiyədə təşkil olunan beynəlxalq turnirdə I yerə layiq görülüb. R.Cəfərli karatenin kyokuşin növündə dünya üzrə 12-13 yaşlı 10 ən yaxşı idmançının yer aldığı sıyahıya daxil edilib.

AzVision.az


Teqlər: Bakı   Məktəb   Şagird  





Xəbər lenti