Azərbaycanlı idmançı dünya çempionu oldu

Azərbaycanlı idmançı dünya çempionu oldu
  11 Noyabr 2017    Oxunub:3183
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ilk dəfə K-1 növündə dünya çempionu olub.
AzVision.az xəbər verir ki, kikboksçumuz 91 kq-dan yuxarı çəki dərəcəsində bütün rəqiblərini məğlub edib.

Ümumilikdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Aərbaycan yığması 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

İdmançılardan Bəhram Rəcəbzadə WAKO versiyasinda (K1) birinci, Ramal Aslanov (lou kik) ikinci, Camal Məmmədov (ful kontakt), Çingiz Əhmədzadə (lou kik) və Telman Məhərrəmov (mater kik layt) üçüncü yeri tutub.

AzVision.az


Teqlər: Kikboks   K-1  





Xəbər lenti