UEFA-dan məşhur futbolçuya ağır cəza

UEFA-dan məşhur futbolçuya ağır cəza
  11 Noyabr 2017    Oxunub:1466
UEFA-nın İntizam Komitəsi “Marsel” klubunun müdafiəçisi Patris Evranı noyabrın 2-də Avropa Liqası çərçivəsində “Vitoriya Gimaraynş” komandasına qarşı oyundan əvvəl azarkeşi ayağı ilə vurduğuna görə cəzalandırıb.
UEFA Evranı 30 iyun 2018-ci ilə qədər Avrokuboklardan kənarlaşdırıb. Bundan əlavə 36 yaşlı futbolçuya 10 min avro məbləğində cərimə təyin olunub.

“Marsel” klubu isə oyuçusunu hərəkətinə görə əlavə 25 min avro cərimələyib. Klub həmçinin futbolçu ilə olan müqavilənin qarşılıqlı şəkildə ləğv edildiyini açıqlayıb.

AzVision.az


Teqlər: UEFA  





Xəbər lenti