Şimşək çaxacaq

Şimşək çaxacaq
  20 Sentyabr 2013    Oxunub:1112
Yaxın iki gündə havada rütubətlilik artacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Azərbaycanın rayonlarında bu gün gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.


Yaxın 2 gün ərzində Abşeron yarımadasında da havada rütubətliliyin normadan çox olması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

S.Həsənova



Teqlər:  





Xəbər lenti