İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda tutldu

İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda tutldu
  20 Sentyabr 2013    Oxunub:1406
İnterpol tərəfindən axtarışda olan 1987-ci il təvəllüdlü Ümid Ramazanov Gürcüstan-Türkiyə sərhədini keçərkən "Sarpi" sərhəd-keçid məntəqəsində saxlanılıb.
Gürcüstan DİN-dən verilən məlumata görə, Ü.Ramazanov 11 sentyabr 2013-cü il tarixindən etibarən xüsusilə böyük həcmdə oğurluğa görə Azərbaycan polisi tərəfindən axtarılır.

İstintaq iddia edir ki, avqustun 18-də Ü.Ramazanov Q.Ramazanovanın evinə daxil olaraq divarda olan dəmir seyfi qırıb və 200 min manatı mənimsəyib.

Günahı sübuta yetirildiyi təqdirdə o, 12 il müddətinə azadlıqdan mərhum edilə bilər.


Teqlər:  





Xəbər lenti