Çempionlar Liqasının finalı İstanbulda keçirilə bilər

Çempionlar Liqasının finalı İstanbulda keçirilə bilər
  04 Noyabr 2017    Oxunub:2017
Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün namizədliyi irəli sürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu (UEFA) məlumat yayıb.

UEFA final oyunu üçün Portuqaliyanın “Benfika” klubunun “Estadio da Luz” stadionunun da namizəd olduğunu bəyan edib.

Bundan başqa, 2020-ci ildə keçiriləcək final oyununa Polşanın “Arena Qdansk” və Portuqaliyanın “Estadio do Draqao” stadionlarının namizədliyi irəli sürülüb.

AzVision.az


Teqlər: UEFA   İstanbul  





Xəbər lenti