Azərbaycan mediasında korrupsiya çaşqınlığı

Azərbaycan mediasında korrupsiya çaşqınlığı
  19 Sentyabr 2013    Oxunub:1205
Yeni hesabatda ölkəmizin adı niyə yoxdur?
Azərbaycan mediasında “Transparency International” təşkilatının dünya ölkələrinin yeni korrupsiya reytinqini açıqlaması barədə xəbər yayılıb. Xəbərdə deyilir ki, Azərbaycanın və Ermənistanın düşmədiyi siyahıda ən aşağı göstəricilər Avstraliya, Almaniya, Norveç və Birləşmiş Krallıqda müşahidə olunub.

Korrupsiyanın yüksək göstəriciləri müşahidə olunan ölkələr arasında Gürcüstan, Rusiya və Türkiyə də var.

Amma bu xəbərdə bir yanlışlıq var. Belə ki, əslində sözügedən hesabat Transparency İnternational təşkilatının açıqladığı korrupsiya reytinqi deyil. Transparency İnternational təşkilatının dünya ölkəkələrində korrupsiyanın səviyyəsi ilə bağlı 3 əsas indeksi var. Bunlar Korrupsiya Qavrama İndeksi, Rüşvət verən şəxslərin indeksi və Qlobal Korrupsiya Barometridir. Bu hesabatlardan ən sonuncu açıqlanan Qlobal Korrupsiya Barometridir ki, bu il iyulun əvvəllərində yayılmışdı. Həmin hesabatla BURADAN tanış ola bilərsiniz.

Hesabatda deyilirdi ki, dünya üzrə hər iki nəfərin birindən də artıq sayda şəxs hesab edir ki, son iki ildə korrupsiyanın səviyyəsi artıb. Azərbaycanda isə belə nəticə ilə respondentlərin cəmi 27% razılaşır. 2010-cü il illə müqayisədə bu göstərici irəliləyiş kimi qiymətləndirilməlidir. Belə ki, 2010-cu ildə 52% respondent bu fikirdə idi. Azərbaycanda respondentlərin 41% düşünür ki, ölkədə korrupsiya azalıb. 32% isə hesab edir ki, onun səviyyəsi dəyişməyib.

Yerli mediada yayılan hazırkı sənəd isə Qurumun Böyük Britaniya milli bölməsi tərəfindən həyata keçirilən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Proqramıdır. Bu proqramın məqsədi ayrı-ayrı ölkələrdə müdafiə sektoruna parlament nəzarətinin ölçülməsidir. Onunla bağlı ətraflı məlumatı BURADAN əldə etmək olar.

Müdafiə sektoru qapalı sahə olduğundan, bir sıra dövlətlər, xüsusilə də müharibə vəziyyətində olan ölkələr həmin hesabata salınmır. Ona görə də bu hesabat qlobal indekslə müqayisədə nisbətən az – 82 ölkəni əhatə edir. Bu səbəbdən, hesabatda Azərbaycannın adının olmamasını mənfi mənada yozmaq cəhdləri düzgün deyil. Sadəcə olaraq, müharibə vəziyyətində olan ölkənin müdafiə sahəsi monitorinqlər üçün bağlıdır və bağlı da olmalıdır.

Bu spesifik hesabat qanunverici orqanları əhatə edir və ölkədə korrupsiyanın səviyyəsi ilə bağlı vəziyyəti əks etdirmir. Həmçinin Hesabat Transparency İnternational təşkilatının öz adından deyil, bölməsini adından təqdim edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti