Bu kəndlərə də qaz verildi

Bu kəndlərə də qaz verildi
  19 Sentyabr 2013    Oxunub:1338
Bu gün daha bir neçə kənd və qəsəbəyə təbii qaz verilib.
Bu gün Lənkəran, Füzuli, Balakən, Cəlilabad, Biləsuvar, Lerik, İmişli və Astara rayonlarının bir neçə kənd və qəsəbəsinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimlərdə "Azəriqaz" İstehsalat Birliyinin və Rayon İcra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Lənkəran rayonunun Ürgə kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 23,4 kilometr uzunluğunda polietilen və 12,2 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 544 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Balakən rayonunun Şambul və Yeni Şərif kəndlərinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd edilib ki, ümumilikdə 930 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 105,6 kilometr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 930 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Cəlilabad rayonunun Qarazəncir kəndinin ilk dəfə olaraq təbii qazla təchizatı məqsədi ilə isə birpilləli sistem əsasında 7,9 kilometr uzunluğunda polietilen borularla və 54,7 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə 641 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təbii qazın ilk dəfə verilişi münasibətilə Biləsuvar rayonun İsmətli kəndində də tədbir keçirilib. Bildirilib ki, İsmətli kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 4,1 kilometr uzunluğunda polietilen borularla daşıyıcı və 35,6 kilometr uzunluğunda metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 500 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Füzuli rayonunun Zobcuq-1 qəsəbəsinin ilk dəfə olaraq qazlaşdırılması məqsədi ilə keçirilən tədbirdə qeyd edilib ki, birpilləli sistem əsasında 10,8 kilometr uzunluğunda polietilen borularla və 16,3 kilometr uzunluğunda polad borularla qaz xəttləri çəkilib, 401 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Lerik rayonunun Monidigah, Təngəbin və Anzolu kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə mərasimlər keçirilib. Qeyd olunub ki, bu kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumilikdə 506 metr uzunluğunda polietilen, 15,01 kilometr uzunluğunda polad borularla qaz xətləri çəkilib, 210 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İmişli rayonunun Cəfərli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Kəndin qazlaşdırılması məqsədi ilə ümumilikdə 48 kilometrə yaxın polietilen borular çəkilib, 579 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Astara rayonunun Şahağac kəndinə təbii qazın verilməsinin bərpa olunması münasibətilə keçirilmiş mərasimdə isə qeyd edilib ki, bu məqsədlə birpilləli sistem əsasında 2,2 kilometr uzunluğunda polietilen borularla daşıyıcı və 16,08 kilometr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilib, 800 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb


Teqlər:  





Xəbər lenti