Azərbaycanın cüdo millisi Avropada birinci oldu

Azərbaycanın cüdo millisi Avropada birinci oldu
  30 Oktyabr 2017    Oxunub:2613
Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kuboku yarışına yekun vurulub. Yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub.
AzVision.az xəbər verir ki, yeniyetmə cüdoçularımız daha 3 medal qazanıblar.

Avropa kubokunda ölkəmizi təmsil edən Azər Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sloveniyada Azərbaycan cüdoçularına qitə birinciliyinin qızıl medalları təqdim olunub və onların şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Digər təmsilçimiz İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olub.

Bununla da, Azərbaycan milli komandası Avropa kuboku yarışında 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlani, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunurdu.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti