İki boksçumuz Avropa birinciliyinin finalında

İki boksçumuz Avropa birinciliyinin finalında
  28 Oktyabr 2017    Oxunub:1646
Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin 2 boksçusu da adını həlledici döyüşə yazdırıb.
Baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib - 5:0.

O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.

Kuşkovun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. İlk 2 görüşünü nokautla bitirən idmançımız Yosip Biletiç (Xorvatiya) üzərində də texniki qələbə qazanıb. O, bu dəfə rəqibini 3-cü raundda nokauta salıb.

Abdullayev qızıl medal üçün Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyanla qarşılaşacaq.

Yarımfinalda mübarizə aparan digər 2 boksçumuz finala yüksələ bilməyib. Həsən İbrahimov (49 kq) Sahil Alahverdovıya (Gürcüstan), Surət Qarayev (81 kq) Ruslan Kolesnikova (Rusiya) məğlub olduqlarından birinciliyi bürünc medalla başa vurublar.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

AzVision.az


Teqlər: Boks   Avropa-Çempionatı  





Xəbər lenti