Prosineçki millidən ayrıldı - Müqavilə uzadılmadı

Prosineçki millidən ayrıldı - Müqavilə uzadılmadı
  26 Oktyabr 2017    Oxunub:2652
Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.
AFFA-dan AzVision.az-a verilən məlumata görə, Assosiasiya rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

AzVision.az


Teqlər: AFFA   Prosineçki  





Xəbər lenti