Dünyanın ən hündür aeroportu – FOTOLAR

Dünyanın ən hündür aeroportu – FOTOLAR
  18 Sentyabr 2013    Oxunub:1591
Çində dünyanın ən hündür aeroportu istifadəyə verilib.
Çinin Sıçuan əyalətinin Daoçenq şəhərində dünyada ən hündürdə yerləşən mülki hava limanı sərnişinlərin istismarına təqdim olunub.

Dəniz səviyyəsindən 4411 metr hündürlükdə yerləşən bu aeroportdan ilkin olaraq əyalətin paytaxtı Çendu şəhərinə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl şəhər sakinləri və ətraf ərazidə yaşayanlar Çendu şəhərinə çatmaq üçün avtobusla 2 sutka yol qət etməli olurdular. İndi sərnişinlər hava nəqliyyatı ilə 65 dəqiqəyə Çendu şəhərinə çatacaqlar.

İki ilə hazır olan aeroportun inşasına 255 milyon ABŞ dolları sərf olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti