"Barselona" "La Liqa"nı seçdi

"Barselona" "La Liqa"nı seçdi
  21 Oktyabr 2017    Oxunub:1837
“Barselona” futbol klubu Kataloniyanın müstəqillik mübarizəsində yer almayacaq.
AzVision.az xəbər verir ki, bunu klub prezidenti Xosep Mariya Bartomeu bəyan edib.

“Biz siyasi problemlərə daxil deyilik. “La Liqa”da oynamağa davam etmək istəyirik”, - deyə klub prezidenti vurğulayıb.

Qeyd edək ki, İspaniya Futbol Federasiyası Kataloniyanın müstəqilliyini elan etdiyi təqdirdə, “Barselona”nın “La Liqa” ilə vidalaşmalı olacağını açıqlayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Kataloniya   Barselona   İspaniya   Futbol   La-Liqa  





Xəbər lenti