Erməni idmançılar Bakıya gələcək

Erməni idmançılar Bakıya gələcək
  14 Oktyabr 2017    Oxunub:7540
Batut üzərində tullanma üzrə Ermənistanın gənclərdən ibarət millisi 12-15 aprel 2018-ci il tarixlərində Bakıda keçiriləcək Avropa Çempionatında iştirak edəcək.

AzVision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Batut üzrərində tullanma Federasiyasının rəhbəri David Farhadyan bildirib.
Bakıda həm gənclər, həm də böyüklər arasında yarışlar keçiriləcək. Farhadyanın sözlərinə görə, Ermənistan tərəfi yarışda iki nəfərlə təmsil olunacaq və bu gənc erməni idmançılar üçün ilk böyük çempionat olacaq.

O, həmçinin əlavə edib ki, dövlət tərəfindən maliyyələşmə olsa, onda Ermənistan millisi Azərbaycanda daha geniş heyətlə təmsil oluna bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Batut   Ermənistan  





Xəbər lenti