Azad Rəhimov Rusiyada səfərdədir

Azad Rəhimov Rusiyada səfərdədir
  13 Oktyabr 2017    Oxunub:2672
Rusiyanın Moskva şəhərində 11 oktyabr tarixindən etibarən BMT-ə üzv 70-dən çox ölkənin gənclər siyasətinə cavabdeh dövlət qurumlarının rəhbərləri və nazirlərin iştirakı ilə toplantı öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, 19-cü Dünya Gənclər və Tələbə festivalı öncəsi baş tutan toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində BMT-ə üzv 70-dən çox ölkə nümayəndəsi gənclər siyasəti sahəsində fikir mübadiləsi aparıb, dövlət gənclər siyasətinin inkişafı istiqamətində təcrübələrini bölüşüblər.

Toplantının ilk günündə BMT-nin baş katibinin gənclər məsələləri üzrə müşaviri Cayatma Vikramanayake, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva, gənclər məsələləri üzrə Federal agentliyin rəhbəri Aleksandr Buqayev, Rusiya Federasiyası prezidentinin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və İ.V Lomonosov adına MDU-nin rektoru Viktor Sadovniçiy iştirak edirdilər.

BMT-nin baş katibinin gənclər məsələləri üzrə müşaviri Cayatma Vikramanayake çıxışında BMT tərəfindən gənclər siyasəti sahəsində həyata keçirilən layihələr haqqında məlumat verərkən, 2014-cü ildə Bakıda gerçəkləşdirilmiş Gənclər Siyasəti üzrə Qlobal Forumu xüsusi olaraq vurğulayıb və bildirib ki, Azərbaycan Hökuməti tərəfindən dəstək tapmış bu forum, ən yüksək səviyyədə həyata keçirilməklə bərabər, eyni zamanda dünyanın gənc liderlərinin bir araya gəlməsində müstəsna rol oynayıb. Bununla yanaşı, BMT rəsmisi forumun gənclər siyasətindəki mahiyyəti, daşıdığı önəmi, qəbul olunmuş qərarları, gənclərin gələcək inkişafındakı müsbət rolu ilə əvəzsiz olduğunu xüsusi olaraq qeyd edib.

Toplantıda çıxış edən gənlər və idman naziri Azad Rəhimov Azərbaycanda aparalın gənclər siyasəti, qəbul olanan dövlət proqramları, gənclərin inkişafına yönəlik strategiya, onların elmi, intellektual, yaradıcılıq və digər sahələrdə özlərini realizələri üçün həyata keçirilən layihələr, QHT-lər ilə işin aparılması və digər mövzular haqqında məlumat verib. Nazir 80-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı hərbi aqressiya, bunun nəticəsində torpaqlarımızın 20%-nin işğal altında qalmasını, yüzlərlə azərbaycanlı gəncin bu müharibənin qurbanları olmasını iştirakçıların diqqətinə çatdırıb.

Nazir hazırda ölkədə 40-dan çox gənclər evinin fəaliyyət göstərdiyini, dövlət Proqramından irəli gənlərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradıldığını, 2011-15-ci illər Azərbaycan gəncliyi Dövlət Proqramı çərçivəsində 121-i beynəlxalq olmaqla, 675 tədbirin həyata keçirildiyi, son 5 ildə Gənclər və idman nazirliyi və Gənclər Fondunun dəstəyi ilə QHT-lərin 4300-dən çox layihəsinin dəstəkləndiyini, 2000-dən çox gəncin ancaq nazirliyin xətti ilə mübadilə proqramlarında iştirak etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azad Rəhimov ölkəmizdə keçirilən Eurovision mahnı festivalı, Formula 1 Grand Prix turniri, Avropa oyunları, İslam Həmrəyliyi oyunları, Şahmat üzrə Dünya Olimpiadası, 13-cü Gənclərin Dünya Skaut Forumu və digər tədbirlər haqqında məlumat verərək, bu layihələrin hər birinin ölkənin turizm patensialının inkişafı, tanıtımı, Azərbaycana təşrif buyuran jurnalist sayının artımı baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Moskvaya səfəri çərçivəsində nazir Azad Rəhimov Ümumçin gənclər təşkilatı idarə heyətinin sədri, Rusiya Federasiyası gənclərlə iş üzrə Federal Agentliyin rəhbəri, Qazaxıstan, Özbəkistan, Bəhreyn, Serbiya, Belarus, İran, Əfqanıstan, Moldova, Fələstinin gənclər siyasətinə məsul nazirləri, eyni zamanda Rusiya Federasiyasının baş nazirinin müavini Vitali Mutko ilə görüşlər keçirib.

AzVision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti