"Almanlar bizim nəyə qadir olduğumuzu bilirlər" - Prosineçki

"Almanlar bizim nəyə qadir olduğumuzu bilirlər" - Prosineçki
  08 Oktyabr 2017    Oxunub:3567
Futbol üzrə Dünya çempionatı - 2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki sabah Almaniyaya qarşı keçirəcəyimiz matçdan öncə mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandırıb:

- Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdığlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.

-Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?

- Əgər oyun bu gün olsaydı heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdircəyəm.

-Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?

- Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi.

-Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?

- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.

AzVision.az


Teqlər: Prosineçki   Almaniya   Azərbaycan  





Xəbər lenti