"Roma"nın baş məşqçisi: "Qarabağ" bizə çətin anlar yaşatdı

"Roma"nın baş məşqçisi: "Qarabağ" bizə çətin anlar yaşatdı
  28 Sentyabr 2017    Oxunub:2202
"Qarabağ" bizə çətin anlar yaşatdı. Birinci hissə bizim xeyrimizə bitsə də, ikinci yarıda stadionda tam fərqli "Qarabağ" var idi.
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ" ilə oyundan sonra mətbuat konfransında "Roma"nın baş məşqçisi Eusebio Di Françeso deyib.

“Qarabağ"ın güclü rəqib olduğunun şahidi olduq. Komandanın vurduğu qoldan sonra oyun tempimizdə dəyişikliklər oldu. "Qarabağ"ın heyətində bütün oyunçular yaxşı oynadı. Hücum xəttini xüsusilə qeyd etmək lazımdır”- deyə o əlavə edib.
AzVision.az


Teqlər: Roma   UCL   Qarabağ  





Xəbər lenti