"Yuventus"un prezidenti futboldan kənarlaşdırılıb

"Yuventus"un prezidenti futboldan kənarlaşdırılıb
  26 Sentyabr 2017    Oxunub:2145
İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli bir il müddətinə futboldan kənarlaşdırılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Andrea Anyelli bilet satışı ilə bağlı fırıldaqçılıqda ittiham edilib.Klub bu səbəbdən 300 min avro məbləğində cərimələnib.

Qeyd edilib ki, qərar İtaliya Futbol Federasiyasının İdman Tribunalı (FIGC) tərəfindən qəbul olunub.

AzVision.az


Teqlər: Yuventus  





Xəbər lenti