AFFA 2 klubu I Diviziona buraxmadı

AFFA 2 klubu I Diviziona buraxmadı
  25 Sentyabr 2017    Oxunub:1578
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Bakılı” və “Şahdağ”ın I Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb.

Müzakirələrdən sonra qərara alınıb ki, hər iki klubun verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti