“Qarabağ”ın oyununa 67500 bilet satılıb - Futbol tariximizdə bir ilk

“Qarabağ”ın oyununa 67500 bilet satılıb - Futbol tariximizdə bir ilk
  25 Sentyabr 2017    Oxunub:8815
“Qarabağ”- “Roma” oyununun bütün biletləri satılıb.

Bunu AzVision.az-a “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Klub rəsmisi bildirib ki, 67 500 biletin hamısı satılıb.
N.İbrahimov qeyd edib ki, rəqib “Roma” klubunun azarkeşləri üçün 500 yer ayrılıb. Klub rəsmisi, həmçinin vurğulayıb ki, azarkeşlərin stadionlara aparılması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək. Bu görüş Cənubi Qafqazda ən çox insanın canlı baxacağı ilk oyun kimi tarixə düşəcək.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: QarabağFK  





Xəbər lenti