AFFA “Neftçi”ni cərimələyib

AFFA “Neftçi”ni cərimələyib
  20 Sentyabr 2017    Oxunub:1628
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının V turunun görüşlərində baş verənlər müzakirə olunub.

“Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib.

“Ağ-qaralar” isə ikinci sarı vərəqə üzündən meydandan qovulan Mirabdulla Abbasova görə ziyana düşüb. “Neftçi” 200 manat cərimələnibsə, futbolçu 1 oyunluq kənarlaşdırılıb.

AzVision.az


Teqlər: AFFa   futbol  





Xəbər lenti