KİV: Çempionlar Liqasının finalı Bakıda keçiriləcək

KİV: Çempionlar Liqasının finalı Bakıda keçiriləcək
  19 Sentyabr 2017    Oxunub:37210
Çempionlar Liqasının 2018-2019 mövsümünün final oyunu Bakıda Olimpiya stadionunda keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri “Onda Cero”ya istinadən məlumat yayıb.

UEFA-nın bu barədə qərarı sabah açıqlayacağı gözlənilsə də, artıq mediaya seçimlə bağlı təfərrüatlar məlum olub.

Çempionlar Liqasının finalının keçirilməsinə iki stadion- Bakı Olimpiya stadionu və İspaniyanın “Atlektika Madrid” klubunun stadionu “Vanda Metropolitano” namizəd olub.

KİV iddia edir ki, UEFA finalın Azərbaycanda keçirilməsinə razılıq verib. Məlumata görə, artıq bu barədə hər iki tərəf məlumatlandırılıb.

UEFA Madriddəki "Metropolitano" stadionunda VİP oturacaqların sayının az olduğu qənaətinə gəlib. Stadionda bu kateqoriyadan olan 7 min yer nəzərdə tutulub. Klub rəhbərliyinin vergiləri az ödəmək üçün bu cür addım atdığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: UCL   Bakı   Olimpiya-Stadionu  





Xəbər lenti