Sabahdan hava isinəcək

Sabahdan hava isinəcək
  12 Sentyabr 2013    Oxunub:1211
Sabahdan etibarən Azərbaycan ərazisində hava şəraiti mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 13-ü gündüzdən etibarən ölkə ərazisində yağışların kəsiləcəyi və temperaturun nisbətən yüksələcəyi gözlənilir.

Sabahdan etibarən havanın temperaturu son 2-3 günlə müqayisədə 1-2 dərəcə yüksələcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti