Məhəmmədrəsul Məcidov 1/4 finalda

Məhəmmədrəsul Məcidov 1/4 finalda
  29 Avqust 2017    Oxunub:1942
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, bu dəfə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Məhəmmədrəsul Məcidov (+91 kq) bu dəfə də qələbə qazanıb. Məcidov iordaniyalı boksçunu 5:0 hesabı ilə məğlub edib.

İkiqat dünya çempionumuz 1/4 finalda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcək. Döyüş bu gün keçiriləcək.

69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Pərviz Bağırov isə yarışla vidalaşıb. Boksçumuz 1/8 finalda Monqolustan təmsilçisi Tuvşinbat Byambaya 1:4 hesabı ilə məğlub olub.

AzVision.az


Teqlər: Boks  





Xəbər lenti