Norveç-Azərbaycan oyununu polşalılar idarə edəcək
Oyunun baş hakimi Daniel Stefanski olacaq. Ona həmyerliləri Robert Marcin Boniek və David Golis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bartosz Frankovski yerinə yetirəcək.
Matçın hakim-inspektoru Jones Peter (İngiltərə), komissarı isə Nicolae Camelia (Rumıniya) olacaq.
Qeyd edək ki, Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərində keçiriləcək.
AzVision.az
Teqlər: Norveç Azərbaycan futbol