Toyda kütləvi dava

Toyda kütləvi dava
  07 Sentyabr 2013    Oxunub:1185
Paytaxtdakı tanınmış şadlıq sarayında kütləvi dava düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, dava dünən gecə Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında baş verib.

Toy məclisi zamanı başlanan dava sonra şadlıq sarayının həyətində də davam edib. Hadisə yerinə polis və təcili yardım çağırılıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsindən bildirilib ki, toyda dava sərxoş qonaqlar arasında baş verib. Davanın hansı səbəbdən baş verməsini isə polis araşdırmalardan sonra biləcək.(Milli.az)





Teqlər:  





Xəbər lenti