Azərbaycanda 1004 əkiz, 21 üçəm doğulub

Azərbaycanda 1004 əkiz, 21 üçəm doğulub
  10 İyul 2017    Oxunub:1529
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58 217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir.

Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.

Cari ilin yanvar-may ayları ərzində ölkədə 25 638 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,4 təşkil edib..

AzVision.az


Teqlər: Statistika   Əkiz   Üçəm  





Xəbər lenti