"Dünya çox şeyi görmək istəmir" - Yazıçı Anar

"Dünya çox şeyi görmək istəmir" - Yazıçı Anar
  07 İyul 2017    Oxunub:4305
“Alxanlıda yaşanan hadisə çox acınacaqlıdır. 2 yaşlı uşağın qətlə yetirilməsi ermənilərin fislətindən irəli gəlir”

Bunu AzVision.az-a Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Alxanlı kəndinə baş verən faciəyə münasibət bildirərkən deyib.
“Dünya çox şeyi görmək istəmir. Guya indiyə qədər bilmirlər ki, Azərbaycanın torpaqları işğal olunub, Xocalıda soyqrım, Bakıda 20 Yanvar faciəsi törədilib? Əlbəttə, bilirlər. Sadəcə qəbul etmək istəmirlər. Dünya ikili standarlarla yaşayır”-deyə AYB sədri vurğulayıb.

Xəbər verdiyimiz kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: AYB   Xalq-yazıçısı   Anar   Alxanlı  





Xəbər lenti