Bakıda evdə qadın meyiti tapılıb

Bakıda evdə qadın meyiti tapılıb
  06 İyul 2017    Oxunub:1296
Bakıda mənzildə 80 yaşlı qadının cəsədi tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1937-ci il təvəllüdlü Samayelova Roza Samayıl qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:01-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Bakı   Meyit  





Xəbər lenti