Astarada qəza ölümlə nəticələndi

Astarada qəza ölümlə nəticələndi
  06 İyul 2017    Oxunub:1148
Astarada yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində “Dongpeng” markalı yük avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1977-ci il təvəllüdlü Reyhani Seyidməhəmməd Mirkazım oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:39-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Astara   Qəza  





Xəbər lenti